Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Əli Həsənov: «Qara piar olsaydı, onda müxalifət mətbuatı onun başında durardı»


«Azərbaycanda seçkini boykot edə biləcək qüvvə yoxdur». Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov aprelin 25-də jurnalistlərə belə deyib: «Kimlərsə seçkiyə getməyə bilər. Amma boykot başqa mənanı ehtiva edir».


Həsənov deyir ki, müxalifətdəki siyasi qüvvələrə münasibətdə qarayaxma kampaniyasından istifadə edilmir: «Ölkədə qara piar yoxdur, olsaydı, onda müxalifət mətbuatı onun başında durardı».


Müxalifətdəki bəzi siyasi qüvvələr 2008-ci il prezident seçkisini boykot edəcəklərini bildirirlər.


Aprelin 23-də hakimiyyətin kursunu müdafiə edən «Lider» televiziyasında AXCP sədri Əli Kərimli haqqında qarayaxma xarakteri daşıyan film efirə verilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG