Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:00

«MTN «Əbu-Bəkr»də əməliyyat keçirdi»


Məsələ ilə bağlı MTN-in mövqeyi məlum deyil
Məsələ ilə bağlı MTN-in mövqeyi məlum deyil

«MTN» «Əbu-Bəkr»də əməliyyat keçirdi». «Yeni Müsavat» qəzeti yazır ki, aprelin 22-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəmiyyətdə vəhabi məscidi kimi tanınan «Əbu-Bəkr»də əməliyyat keçiriblər. Qəzetin iddiasına görə, əməliyyat nəticəsində məscidin zirzəmisində qadağan olunmuş xeyli dini ədəbiyyat və bu qəbildən informasiya daşıyıcısı olan audiokasset götürülüb. Məsələ ilə bağlı məscidin imamı Qamət Süleymanov dindirilib. Ondan Dini Qurumlarla İş üzrə Komitənin siyahısına görə, Azərbaycan ərazisində yayılması qadağan olunan ədəbiyyatın və informasiya daşıyıcılarının ölkə ərazisinə hansı yolla gətirilməsi ilə bağlı izahat tələb olunub.


«Yeni Müsavat»ın müxbirinə açıqlamasında məlumatı təsdiqləyən Qamət Süleymanov bildirib ki, həmin ədəbiyyatı ona baxmaq üçün veriblər: «Kitabları və bir neçə audiokasseti götürüb getdilər. O kitabları mənə baxmaq üçün vermişdilər».


Qəzet məsələ ilə bağlı MTN-in mövqeyini öyrənə bilməyib.


«Əxlaqsızlığa susanlar ziyalı deyillər». Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu «Azadlıq» qəzetinə müsahibəsində belə deyib. «Lider» televiziyasında AXCP sədri Əli Kərimli haqqında efirə getmiş filmə münasibət bildirən Mirəlioğlu «O tərbiyəsizliyin müəllifləri öz anaları, bacıları, xanımları və qızları ilə bu ədəbsizliyə baxa bilərlərmi?», - deyə bildirir: «Mən sifarişçinin kim olduğunu, hakimiyyətin birinci, yoxsa yüz birinci adamının bu tərbiyəsizliyi sifariş etdiyini deyə bilmərəm. Gün gələcək ki, bu əxlaqsızlığın müəllifləri öz tərcümeyi-halından utanacaqlar».


«Azərbaycanda baş verən dəyişikliklər məni heyran etdi». «Azərbaycan» qəzeti yazır ki, Moldova prezidenti Vladimir Voronin belə deyib. Voronin Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıqdan sonra jurnalistlərə qısa müsahibəsində təəssüratlarını bölüşüb: «Azərbaycan çox dinamik şəkildə inkişaf edir. Yəqin ki, postsovet ölkələrinin heç birində bu dərəcədə coşğun inkişaf yoxdur. Mənə təkcə bu qalır ki, prezident İlham Əliyevə uğurlar, bütün Azərbaycan xalqına isə tərəqqi və bundan sonra da belə yüksək sürətlə inkişaf etməyi arzulayım».


«525-ci qəzet» yazır ki, hüquq müdafiəçiləri əfv və ya amnistiya gözləyirlər. İnsan Haqları üzrə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva qəzetə deyib: «Biz mayın 10-da mərhum eks-prezident Heydər Əliyevin 85 illiyi və 28 may ADR-in 90 illiyi münasibətilə əvf fərmanı, yaxud amnistiya olacağını gözləyirik. Bu qərarlar ilk növbədə xəstə məhbuslara və jurnalistlərə şamil olunmalıdır».


XS
SM
MD
LG