Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

«Mayın 10-da hər hansı əfv gözlənilmir»


Həsənov Venesiya Komissiyasının Seçki Məcəlləsinə təkliflərinə də münasibət bildirib

Həsənov Venesiya Komissiyasının Seçki Məcəlləsinə təkliflərinə də münasibət bildirib

«Mayın 10-da hər hansı əfv gözlənilmir». Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə deyir. Onun sözlərinə görə, Avropa Şurası Nazirlər Komitəsinin «AQO» monitorinq qrupunun hazırladığı məruzədə altı jurnalistin azad olunması yüksək dəyərləndirilib. Həsənov bildirir ki, qrup həbsdəki üç jurnalistin də azad edilməsini istəyib: «Bu barədə onların tövsiyəsi var və ona baxılacaq».


Həsənov Venesiya Komissiyasının Seçki Məcəlləsinə təkliflərinə də münasibət bildirib. O, deyib ki, hakimiyyət verilən bütün təklifləri Azərbaycanın milli maraqları çərçivəsində nəzərə alacaq: «O təkliflər ki, demokratik seçkilərə deyil, kimlərinsə maraqlarına xidmət edir və qarışıqlıq yaratmaq üçündür, onlar nəzərə alınmayacaq».


Mayın 10-u keçmiş prezident Heydər Əliyevin ad günüdür. Yerli mətbuatda həmin günlə bağlı əfv fərmanının veriləcəyini yazırdılar.


Ötən ilin sonunda altı jurnalist prezidentin fərmanı ilə əfv edilib. Hazırda üç jurnalist - «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və «Azadlıq» qəzetinin iki əməkdaşı Qənimət və Zakit Zahidovlar həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG