Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:36

Fövqəladə Hallar Nazirliyinin tərkibində yeni agentlik yaradıldı


Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.


Agentliyin yaradılması nüvə və radioloji fəaliyyətlə bağlı beynəlxalq standartlara uyğun tədbirlərin, nəzarətedici və tənzimləyici funksiyaların səmərəli həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.


Nazirlər Kabineti bir ay müddətində Agentliyin Əsasnaməsinin layihəsini hazırlayıb prezidentinə təqdim etməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG