Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:00

«Xaricdən gələnlərin ciblərinə nəşə atıb tutdura bilərlər»


Hikmət Hacızadə: «Mən tək «Azadlıq»ın bağlanacağından qorxmuram»
Hikmət Hacızadə: «Mən tək «Azadlıq»ın bağlanacağından qorxmuram»

«Azadlıq» qəzetinin bağlanacağı ehtimalı ətrafında narahatlıq artmaqdadır. Bu günlərdə Folklor İnstitutunun kollektivi mətbuat konfransı keçirərək qəzetin 2005-2007-ci illərdə çıxan bəzi saylarında onların təhqir edildiyini bildiriblər. İnstitutut kollektivi «Azadlıq» qəzetinin bağlanmasıyla bağlı məhkəmədə iddia qaldıra biləcəklərini də deyiblər. Aprelin 24-də isə Yasamal Rayon Məhkəməsi «Azadlıq»a qarşı növbəti bir iddiaya baxıb. Həmin prosesdə ədəbiyyatşünas İslam Sadıqov qəzetdən ona dəyən mənəvi ziyana görə 20 min manat kompensasiya tələb edir.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyir ki, bütün təzyiqlərin mahiyyətində onları susdurmaq durur: «2005-ci ildən bu yana bizə təzyiqlərin mahiyyətində o durur ki, prezident seçkisinə qədər hakimiyyəti ən sərt tənqid edən qəzeti susdursunlar. İndiyə qədər saysız məhkəmə cərimələri, həbslər, döyülmələrlə nə buna nail ola biliblər, nə də biz öz yolumuzdan dönmüşük».


Ancaq deyəsən, «Azadlıq» qəzetinin kollektivinin narahatlığı bəzi siyasi müşahidəçilər üçün heç də təəccüblü deyil. «FAR» İqtisadi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyir ki, o, bu narahatlığı çox gözəl başa düşür: «İndiki hakimiyyət əlindən gələni edə bilər. Heç kimdən qorxmurlar. Kefləri istəyəndə Qərbə də dərs keçmək istəyirlər. Mən tək «Azadlıq»ın bağlanacağından qorxmuram. Qorxuram ki, xaricdən gəlib hərdən «Azadlıq» qəzetini müdafiə edən insanların ciblərinə nəşə atıb tutdura bilərlər».


Ancaq hakimiyyət rəsmilərinin və rəsmi kursu müdafiə edən insanların da öz arqumentləri var. Bu arqumentlər «yel qayadan nə qoparar?» kimi məşhur atalar məsəlini yada salır. Deputat Zahid Oruc deyir ki, nə «Azadlıq» qəzeti, nə də onun arxasında duran siyasi qüvvə hakimiyyət üçün problem doğura bilməz. Belə olan halda isə onun fikrincə, baş verənlərə görə, hakimiyyəti günahlandırmağın heç bir məntiqi yoxdur: «4 -5 min oxucuları var. Lap onları səfərbər etsinlər. Bu hakimiyyətə problem yarada biləcək qüvvədirmi?»


Ancaq Hikmət Hacızadə bu arqumentləri də cavabsız qoymur. Onun sözlərinə görə, problem heç də hakimiyyəti itirmək təhlükəsindən irəli gəlmir: «Nə «Azadlıq» qəzeti, nə AXCP, nə də Müsavat bunlara təhlükədir. Sadəcə əhvalların korlamaq istəmirlər. İstəyirlər ki, sakitcə villalarını, xarici maşınlarını təzələsinlər. Başqaları onların ürəklərini bulandırmasın…»


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG