Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:39

Türkmənistanın yeni prezidenti ayların əvvəlki adlarını qaytarıb


Türkmənistanın yeni prezidenti ayların əvvəlki adlarını qaytarıb. Əvvəlki president, 20 ildən çox hakimiyyətdə olmuş Saparmurat Niyazov aylara özünün və yaxınlarının adlarını vermişdi.


Məsələn, yanvar ayı Türkmənbaşı adlanırdı. Niyazov aprel ayına anasının, sentyabra isə öz kitabı «Ruhnamə»nin adını vermişdi.


Yeni prezident Qurbanqulu Berdımuhammedov ayların əvvəlki adlarını qaytarıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG