Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56

Alim «Azadlıq» qəzetindən 20 min manat tələb edir


Bu barədə «Azadlıq» radiosuna vəkil Elçin Sadıqov məlumat verib

Bu barədə «Azadlıq» radiosuna vəkil Elçin Sadıqov məlumat verib

Aprelin 24-də Yasamal Rayon Məhkəməsində ədəbiyyatşünas alim İslam Sadıqovun «Azadlıq» qəzetinə və nəşrin əməkdaşı Elnarə Tofiqqızına qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi keçirilib. Bu barədə «Azadlıq» radiosuna vəkil Elçin Sadıqov məlumat verib.


Vəkilin sözlərinə görə, iddiaçı ona dəymiş mənəvi ziyan əvəzi kimi 20 min manat kompensasiya tələb edir. Hakim sözügedən yazının ekspertizadan keçirilməsi üçün qərardad çıxarıb və prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb.


Ötən ilin oktyabr ayında «Azadlıq» qəzetində çap olunmuş «Koroğlunu suya basar» başlıqlı məqalədə İslam Sadıqovun monoqrafiyası tənqid olunub. Ədəbiyyatşünas alim hesab edir ki, həmin yazıda onun şərəf və ləyaqəti təhqir olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG