Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Hər il 350-500 milyon insan malyariyaya yoluxur


Hər gün malyariyadan 3000 uşaq tələf olur

Hər gün malyariyadan 3000 uşaq tələf olur

Hər il 350-500 milyon insan malyariyaya yoluxur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə deyir. Təşkilatın bildirdiyinə görə, hər il 1.1 milyondan artıq insan (dünya əhalisinin 2%-i) bu səbəbdən vəfat edir. Eyni zamanda, hər gün malyariyadan 3000 uşaq tələf olur ki, bu da hər 30 saniyədə 1 uşaq deməkdir. Malyariyanın daha çox Afrika qitəsində yayılmasına baxmayaraq, Asiya, Latın Amerikası, Orta Şərq, hətta Avropanın bəzi hissələri də bu xəstəliyə məruz qalır.


Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti bildirir ki, malyariya çox qədim zamanlardan mövcud olsa da, hələ də ümumdünya əhalisinin 40%-i bu xəstəliklə üzləşmək təhlükəsindədir.


Ötən ilin may ayında keçirilən Dünya Səhiyyə Assambleyasında iştirak edən 193 üzv dövlət malyariya üzrə son hesabatları nəzərə alaraq bu sahədə maarifləndirmənin aşağı olması qərarına gəliblər. Bu məqsədlə Assambleya hər il Ümumdünya Malyariya ilə Mübarizə Gününün qeyd edilməsi qərarına gəlib.


Bu il aprelin 25-i ilk dəfə olaraq Malyariya ilə Mübarizə Günü kimi qeyd ediləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG