Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:17

Qiymət artımı etiraza səbəb olub


Etirazçılar Cəlalabad-Kabul yolunu bağlayıb

Etirazçılar Cəlalabad-Kabul yolunu bağlayıb

Əfqanıstanda qiymət artımı etiraza səbəb olub. Təxminən 400 nəfər aprelin 22-də ölkənin şərqindəki Cəlalabad-Kabul yolunu bağlayıb. Onlar hökumətdən tələb ediblər ki, bazarlarda qiymətləri tənzimləmək üçün tədbirlər görsünlər.


BMT-nin dünya ərzaq proqramı bildirir ki, Əfqanıstanda taxılın qiyməti son bir ildə 2 dəfə bahalaşıb. İndi bu ölkədə 1 kiloqram buğda 0,6 dollaradır.


Bu arada Əfqanıstan hökuməti bildirib ki, xaricdən 50 milyon dollarlıq taxıl almağı planlaşdırır.


Dünya bazarlarında ərzaq qiymətlərinin qalxması Asiya və Afrikanın bir neçə ölkəsində iğtişaşlara səbəb olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG