Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21

ABŞ Dövlət katibinin müavini Bakıda


Ruben Ceffri Bakıda səfərdədir, 22 aprel 2008

Ruben Ceffri Bakıda səfərdədir, 22 aprel 2008

«Amerika Azərbaycanla iqtisadi əməkdaşlığını genişləndirməkdə maraqlıdır».


Bunu Bakıda səfərdə olan ABŞ Dövlət katibinin iqtisadi, enerji və kənd təsərrüfatı məsələləri üzrə müavini Ruben Ceffri aprelin 22-də Xarici İşlər Nazirliyində danışıqlardan sonra bəyan edib:


«Azərbaycanla iqtisadi əməkdaşlığımız siyasi, təhlükəsizlik və diplomatik müzakirələr də daxil olmaqla geniş səpkili dialoqun vacib komponentidir».


Ruben Ceffri Bakıya Aşqabaddan gəlib. O, ölkə rəsmilərilə enerji diversifikasiyası və Azərbaycan iqtisadiyyatının gələcəyini, xüsusilə də qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin yaxşılaşması məsələlərini müzakirə edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG