Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:25

Rusiya Atom Agentliyinin nümayəndə heyəti Bakıya gəlir


Rusiya Atom Agentliyinin nümayəndə heyəti Bakıya gəlir. Müzakirə mövzusu Rusiyanın İrana Azərbaycan vasitəsilə göndərdiyi yükdür. Rusiya İranın «Buşehr» Atom Elektrik Stansiyasına avadanlıq göndərib. Azərbaycan avadanlığı iki həftədir sərhəddə saxlayır. Rusiya tərəfi bildirib ki, yük ixrac nəzarəti prosedurundan tam şəkildə keçib, amma Azərbaycan yüklə bağlı ətraflı məlumat istəyir.


Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim «Azadlıq» radiosuna deyib ki, BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramıyla bağlı qətnamələri var. Ona görə də Rusiya İranın atom stansiyası üçün göndərdiyi materiallar barədə ətraflı məlumat verməlidir.


Rusiyanın «Atomstroyexport» şirkətindən verilən məlumata görə, indi şirkət həm Azərbaycan, həm də İranla danışıq aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG