Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:03

«Zeytun bağları»nın rəhbəri zaminə buraxılıb


«Zeytun bağları» Kəndli Fermer Təsərrüfatı Birliyinin rəhbəri Natiq Allahverdiyevin barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və o, zaminə buraxılıb. Bu barədə «Turan»a Respublika Prokurorluğunun Mətbuat Xidmətindən bildiriblər.


Natiq Allahverdiyev bu il fevralın ortalarında «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil zeytun bağında ağacların kəsilməsi ilə bağlı reportaj hazırlayarkən döyüldükdən sonra həbs edilib.


Jurnalist N.Allahverdiyevin qardaşı – Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Dağbəyi Allahverdiyev və sözügedən nazirliyin idarə rəisi Akif Çovdarov tərəfindən döyüldüyünü bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG