Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Hər il 1 milyondan artıq adam yol qəzasında həlak olur


«Yol qəzaları bütün dünyada 10-24 yaşlı insanlar arasında ölümün başlıca səbəbidir»

«Yol qəzaları bütün dünyada 10-24 yaşlı insanlar arasında ölümün başlıca səbəbidir»

«Hazırda yol qəzaları bütün dünyada 10-24 yaşlı insanlar arasında ölüm hallarının başlıca səbəbidir». BMT-nin İctimai İnformasiya Departamentinin yaydığı məlumatda belə deyilir.


Ümumilikdə, hər il 1.2 milyondan artıq adam yol nəqliyyat qəzalarında vəfat edir, daha 50 milyon şəxs müxtəlif növ xəsarət alır.


BMT bildirir ki, buna qarşı tədbirlərin görülmədiyi halda, 2000-2015-ci illərdə yol nəqliyyat qəzaları iyirmi milyondan çox insanın ölümünə və 2030-cu ilə qədər illik ölüm göstəricisinin iki dəfə artmasına səbəb ola bilər.


Bu il martın 31-də BMT-nin Baş Assambleyası Qlobal Yol Təhlükəsizliyinin Yaxşılaşdırılması barədə qətnamə qəbul edib. Baş Assambleya dövlətləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış qəza hallarının qarşısının alınması üzrə hesabatın tövsiyələrini yerinə yetirməyə və yol təhlükəsizliyi üzrə milli agentliklərin yaradılmasına dəvət edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG