Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:31

Naxçıvanda Avropa standartlarına uyğun həbsxana istifadəyə verilib


Cəzaçəkmə müəssisəsində az ağır, ağır, ciddi rejimli həbsxanalar da mövcuddur
Cəzaçəkmə müəssisəsində az ağır, ağır, ciddi rejimli həbsxanalar da mövcuddur

Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda Avropa standartlarına uyğun yeni qarışıq rejimli cəzaçəkmə müəssisəsi istifadəyə verilib. 10 hektar ərazini əhatə edən cəzaçəkmə müəssisəsi 410 məhbusun saxlanması üçün nəzərdə tutulub. Burada qadın, kişi, yetkinlik yaşına çatmayan üçün islaha əmək müəssisələri, cərimə təcridxanaları da fəaliyyət göstərəcək.


Qarışıq rejimli cəzaçəkmə müəssisəsində az ağır, ağır, ciddi rejimli həbsxanalar da mövcuddur. Müəssisə Naxçıvan şəhərindən təqribən 20 km. aralıqda yerləşən Kəngərli rayonunun Böyükdüz kəndi yaxınlığındadır. Burada 441 yeni əməkdaş işə götürülüb.


Muxtar Respublika Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbəri də yenilənib. Bu vəzifəyə bundan əvvəl Şahbuz rayon polis şöbəsinin rəisi olan Şahin Təhməzov təyin edilib. Cənab Təhməzov eyni zamanda Muxtar Respublika Ədliyyə Nazirinin müavini vəzifəsini də icra edəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG