Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:50

Avropa Məhkəməsi erməni qaçqının Azərbaycana qarşı şikayətinə baxacaq


Azərbaycanlı məcburi köçkünlər Ermənistana qarşı 800-dən artıq şikayət veriblər
Azərbaycanlı məcburi köçkünlər Ermənistana qarşı 800-dən artıq şikayət veriblər
Avropa İnsan Haqları Məhkəməsi milliyyətcə erməni olan qaçqının Azərbaycan dövlətinə qarşı mülkiyyət iddiasını icraata götürüb.

Bu barədə «Azadlıq» radiosuna Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.


«Bu şəxs vaxtilə Goranboy rayonunun Gülüstan kəndində yaşayıb. İddia edir ki, 1992-ci ildə evindən qovulub və bunun məsuliyyətini Azərbaycan hökuməti daşıyır. Biz müvafiq tədbirlər görmüşük. Bununla bağlı ətraflı şərh vermişik. Əminəm ki, bu işdə Azərbaycan hökuməti udacaq».


Ç. Əsgərov deyir ki, bu məsələdə Avropa Konvensiyasının 35-ci maddəsinin tələbləri gözlənilməyib:


«Milliyyətcə erməni olan qaçqınlar öncə Azərbaycan məhkəməsinə müraciət etməliydilər. Əgər burada onların iddiasına baxılmasa və ya baxılarkən, Konvensiyanın hansısa maddəsi pozularsa, bu halda Avropa Məhkəməsinə müraciət etmək mümkündür. Bu prosedura Azərbaycan qaçqınlarına da aiddir».


Bununla yanaşı, Ç. Əsgərov deyir ki, Azərbaycanda məskunlaşan məcburi köçkünlər də Ermənistan dövlətinə qarşı 800-dən artıq şikayət göndəriblər. Avropa Məhkəməsində bu şikayətlərlə tanış olurlar.


Müxtəlif mənbələrə əsasən, Qarabağ münaqişəsinin ilk illərində Azərbaycandan 300 mindən çox erməni çıxarılıb. 1 milyondan çox azərbaycanlı doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG