Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:49

«Əkib-becərməyin faydası olmur…»


Qiymətlər elə qalxıb ki, nəinki qəpik, hətta manat belə dəyərini itirib
Qiymətlər elə qalxıb ki, nəinki qəpik, hətta manat belə dəyərini itirib

Bazarda isə təkcə göy-göyərtinin yox, bütün ərzaq məhsullarının qiyməti qalxır. Özü də qiymətlər 1-2 qəpik yox, 10-20 qəpik civarında artır. Məsələn, beş-on gün öncə dənəsi 50 qəpiyə satılan limon indi 60-70 qəpiyə satılır. Camaatın ərzaq səbətində xüsusi yeri olan kartof da bahalanıb. İndi yerli kartofun kilosu 80 qəpik, bəzi bazarlarda isə hətta 1 manata təklif olunur. Yerli pomidor da 5 manata qədər bahalaşıb. Amma Bakının bəzi satış yerlərində Zirə pomidorunu nisbətən ucuz - 3 manata tapmaq mümkündür.


Amma satıcılar deyirlər ki, xiyar əvvəlki günlərə nisbətən indi ucuzlaşıb, kilosu 1 manatadır. Onların fikrincə, göy-göyərti də elə baha deyil.


Amma alıcılar hesab edirlər ki, bazara girmək mümkün deyil, qiymətlər elə həddədir ki, artıq nəinki qəpik, hətta 1 manat belə dəyərini itirib.


«Azadlıq» radiosunun İnternet saytında «Ən çox nəyin bahalaşmasından narahatsınız» sualına cavab verən 136 nəfərin 107-si ərzaq bahalaşmasından narahat olduğunu bildirib. Bəs mövsüm dəyişikliyi meyvə-tərəvəz məhsullarının qiymətinə təsirini göstərə bilərmi? Satıcıların fikrincə, havaların isinməsi bəzi məhsulların qiymətini ucuzlaşdıracaq. Amma bir o qədər də yox, məsələn. 20-30 qəpik.


«- Ola bilsin ki, göy-göyərti bir az da ucuzlaşacaq.


- Bibər indi biri 20 qəpikdir, amma sonra kilo ilə satılanda ucuz düşəcək.


- Ötən ilki qiymətlər olmayacaq, çünki indi hər şey bahalanıb».


Satıcılar onu da deyirlər ki, Azərbaycana yaxın ölkələrdə də ərzaq bahalaşması ixracı artıra bilər.


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayevin fikrincə isə Bakı bazarlarındakı bahalaşmanın səbəbi heç də mövsümü xarakter daşımır. Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına qismən dünyadakı ərzaq bahalaşması təsir göstərir, amma eyni zamanda yerli bazardakı inhisarçılıq süni qiymət artımını sürətləndirir:


«Ölkə kənd təsərrüfatının 95 faizini fərdi təsərrüfatlar təşkil edir. Amma onların məhsulları pərakəndə ucuz alınır, topdansatışda isə qiymət 50-60 faiz bahalanır».


Sabirabadda hər il tərəvəz məhsulları əkən Mehdi Nağıyev də deyir ki, o, artıq bu il xiyar-pomidor əkməkdən imtina edib:


«Məhsula elə qiymət təklif edirlər ki, onu əkib-becərməyin faydası olmur. Bazara da gedirsən özün satasan, yaxın buraxmırlar. Ona görə də bu il arpa əkdim».


Ölkə başçısı İlham Əliyev də aprelin 18-də Qarabağ bölgəsinə səfəri zamanı ərzaq bahalaşmasına toxunub və aqrar sahənin inkişafı üçün hökumətə bir sıra tədbirlər görməsiylə bağlı göstəriş verdiyini bildirib:


«Ölkədə yoxsullar da var. Gərək onlar bu bahalaşmadan əziyyət çəkməsinlər. Buna görə də tədbirlər hazırlanması üçün göstəriş vermişəm».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG