Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:11

Meşələrin qırılmasına görə, 300-dən çox məhkəmə iddiası qaldırılıb


Meşələrin qırılmasına görə, 2008-ci ilin birinci rübündə 300-dən çox məhkəmə iddiası qaldırılıb, 27 meşə işçisi işdən çıxarılıb, 67 nəfər inzibati tənbeh edilib.


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov aprelin 18-də keçirdiyi mətbuat konfransında belə deyib.


Nazir deyir ki, qanunsuz ağac kəsməyə görə cəzalar nə qədər sərtləşdirilsə də, bəzi şəxslər şüurlu şəkildə cərimə olunmağa meyl göstərirlər. «Çünki bizim belə faktlara görə kimisə həbs etmək səlahiyyətimiz yoxdur. Biz yalnız cərimələyə və hüquq-mühafizə orqanlarına məlumat verə bilərik».


Günün bütün mövzuları

XS
SM
MD
LG