Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:58

Düdənginski kimdir?


«Əbdürrəhman Fətəlibəyli-Düdənginski» adlı kitab işıq üzü görüb

«Əbdürrəhman Fətəlibəyli-Düdənginski» adlı kitab işıq üzü görüb

Azərbaycan legionerlərinin komandiri, «Azadlıq» Radiosu Azərbaycan redaksiyasının ilk baş redaktoru olmuş Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin 100 yaşı tamam olur. O, 1908-ci il iyunun 12-də Şərur rayonunun Düdəngə kəndində anadan olub. Onun həyat və fəaliyyətinə həsr edilmiş «Əbdürrəhman Fətəlibəyli-Düdənginski» adlı kitab işıq üzü görüb.

Əsərin müəllifi Nəsiman Yaqublu «Azadlıq» Radiosunun «İşdən sonra» proqramının qonağı olub.


O, bildirib ki, kitabda Düdənginskinin «Azadlıq» Radiosundakı fəaliyyəti və çıxışlarının mətni verilib. Həmçinin onun Azərbaycan mühacirət mətbuatının yaradılmasındakı rolundan, İkinci Dünya Müharibəsində alman əsirliyində olan azərbaycanlıların xilas edilməsində rolundan bəhs olunur.


- Bir vaxtlar bəzi Azərbaycan qəzetləri, mən xüsusən hökumətə yaxın qəzetləri nəzərdə tuturam Düdənginskinin müəmmalı ölümü ilə Məmməd Əmin Rəsulzadə arasında bir bağlılıq olduğunu yazırdılar. Öyrəndiyiniz arxiv sənədlərində bu barədə nəsə varmı? Ümumiyyətlə bu iki şəxsin münasibətləri necə olub?


- Mən bu məsələyə dəfələrlə cavab vermişəm. Bu tamamilə yalan informasiyadır. Əksinə Məmməd Əmin Fətəlibəyli-Düdənginskinin yaxın dostu olub. Bu haqda Rəsulzadənin xatirələrində də geniş məlumat verilib. Əslində Düdənginski 1954-cü ildə Sovet məxfi idarəsi tərəfindən qətlə yetirilib. Bu barədə Almaniyada aparılan məhkəmə materialları əsasında ilk dəfə olaraq ətraflı məlumatlar kitabda yer alıb.


Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG