Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:22

Ana və uşaq ölümüylə bağlı hesabat mayda açıqlanacaq


UNİCEF-in Azərbaycandakı rəhbəri Hana Singer
UNİCEF-in Azərbaycandakı rəhbəri Hana Singer

Neçə vaxtdır ki, BMT-nin Uşaq Təşkilatı – UNİCEF-in Azərbaycanda ana və uşaq ölümüylə bağlı rəqəmlər açıqlayacağı gözlənir. Təşkilat iki ildir ki, Azərbaycan hökuməti ilə birlikdə «Demoqrafiya və sağlamlıq» adlı sorğu keçirir. Sorğu ana və uşaqların sağlamlığı ilə yanaşı, uşaqların müdafiəsi, onlarda çəki azlığı, peyvənd və təhsillə bağlı göstəriciləri əhatə etməlidir.


Qurumun Azərbaycandakı rəhbəri Hana Singer deyir ki, Azərbaycanda bu problem qalsa da, əvvəlki illərdən yaxşılığa doğru fərqlənir: «Rəsmi məlumatlarla sorğular həmişə fərqli olur. Vəziyyət elə də yaxşı deyil, ancaq ana və uşaq ölümü get-gedə azalır».


Vəziyyətlə bağlı dəfələrlə sual verilsə də, Hana Singer dedi ki, hesabat açıqlanandan sonra ətraflı danışacaq. O, hesabatın may ayında açıqlanacağını bildirdi.


UNİCEF ana və uşaq ölümüylə bağlı sonuncu dəfə belə sorğunu 2000-ci ildə keçirmişdi. Amma həmin vaxt hökumət UNİCEF-in nəticələrini şübhə altına almışdı.


Rəsmi statistikaya görə, Azərbaycanda diri doğulan hər 100 körpədən 12-si ölür. Qeyri-hökumət təşkilatları bu rəqəmin azı 7 dəfə çox olduğunu deyirlər. Uşaq ölümünün əsas səbəbini isə tibbi xidmətin aşağı olmasında görürlər.


Dünyada demoqrafik göstəricilərlə bağlı BMT-nin sonuncu hesabatına görə, Azərbaycanda anadan olan hər 1000 uşaqdan 73-ü ölü doğulur. Səhiyyə Nazirliyi bunu qəbul etmir
Onu da deyirlər ki, ölüm faktları çox vaxt statistikadan kənarda qalır.


«Himayədar» Təşkilatının rəhbəri Himayət Rizvanqızı deyir ki, Quba, Tovuz və Lənkəranda ölmüş uşaqlardan çoxuna doğum və ölüm şəhadətnaməsi belə veməyiblər.


Səhiyyə Nazirliyi isə deyir ki, vəziyyətin qarşısının alınmasında irəliləyiş çoxdur. Azərbaycanın baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, son 14 ildə ölkədə körpə ölümü 2 dəfədən çox azalıb. Onun sözlərinə görə, 90-cı illərin əvvəlində vəziyyət daha pis idi. Hər min uşaqdan 29-u 1 yaşına çatmamış ölürdü. İndi isə bu göstərici azalıb:


«2006-cı ilin məlumatında bu rəqəm 12,1-dir. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda körpə ölümü 3 dəfə çoxdur. Bu, bizi çox narahat edir».


Dünyada demoqrafik göstəricilərlə bağlı BMT-nin sonuncu hesabatına görə, Azərbaycanda anadan olan hər 1000 uşaqdan 73-ü ölü doğulur. Səhiyyə Nazirliyi bunu qəbul etmir.


Nazirlikdən verilən məlumata görə, hazırda ana və uşaqların sağlamlığının qorunmasıyla bağlı proqram hazırlanır. Bundan başqa, hər yeni doğulan uşağa dövlət hesabına peyvənd, müayinə və müalicə məqsədi ilə plastik sağlamlıq, eləcə də tibbi müayinə kartlarının tətbiqi ilə bağlı qaydalar işlənib hazırlanıb.


Ötən il Səhiyyə naziri Oqtay Şirəliyev ana və uşaq ölümü faktlarının səbəbinin araşdırılması, günahkarların inzibati qaydada cəzalandırılması barədə qərar verib. Rəqəmlər açıqlanmasa da, Səhiyyə Nazirliyindən deyirlər ki, bununla bağlı nazirliyin nəzdində yaradılmış Doğuşa Yardım Komissiyası da araşdırmalar aparır. Məqsəd 2015-ci ilə qədər doğulub-ölən uşaqların sayının 3 dəfə azalmasına nail olmaqdır.


UNİCEF-in Azərbaycandakı rəhbəri Hana Singersə deyir ki, ana və uşaq ölümü problemini hökumət də etiraf edir. Bununla bağlı Dövlət Proqramının həyata keçirilməsi, Səhiyyə Nazirliyinin qərarlar qəbul etməsi etirafın göstəricisidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG