Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:01

Avropa Məhkəməsinin icraatında Azərbaycanla bağlı 66 iş var


Şikayətlər əsasən ədalətli məhkəmə baxışı və azadlıq hüquqları ilə bağlıdır
Şikayətlər əsasən ədalətli məhkəmə baxışı və azadlıq hüquqları ilə bağlıdır

Hazırda Avropa Məhkəməsinin icraatında Azərbaycanla bağlı 66 iş var. Onlardan 31-i üzərində müxtəlif qərarlar çıxarılıb, qalan 35-i ilə bağlı isə yazışmalar aparılır. Şikayətlər əsasən ədalətli məhkəmə baxışı və azadlıq hüquqları ilə bağlıdır.


Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyir ki, müraciətlərin hamısı lazımi qaydada əsaslandırılmayıb.


Ümumilikdə, hər il Azərbaycandan Avropa Məhkəməsinə 450-500 ərizə daxil olur. Bu günə kimi məhkəmə çıxardığı 11 hökmdə insan hüquqlarının pozulması faktını müəyyənləşdirib.


Çingiz Əsgərov onu da bildirib ki, Azərbaycan hökuməti bəzən Avropa Məhkəməsinə göndərilən şikayətləri həll etmək üçün barışıq təklif edir, lakin ərizəçilər külli miqdarda pul istədiklərindən bu baş tutmur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG