Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:39

«Qazaxıstanın qadağası Azərbaycanı taxılsız qoymayacaq»



«Qazaxıstanın taxıl ixracına qadağası Azərbaycanı taxılsız qoymayacaq». Bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Məmməd Hüseynov deyir. Onun sözlərinə görə, idxal olunan taxılın 66 faizi Qazaxıstanın payına düşür: «Amma bunun hamısı ərzağa getmir, yemə və digər sahələrə də yönəlir».


Hüseynov deyir ki, bu il və ötən il Azərbaycan Qazaxıstandan 1 milyon 411 min ton buğda idxal edib. Azərbaycanın taxıla olan ümumi ehtiyacı isə 3 milyondan artıqdır: «3 milyona toxum, arpa və buğda da aiddir. Amma hələ Azərbaycan bu qədər məhsul istehsal edə bilmir. Ona görə də idxal etmək məcburiyyətindədir».


Nazirlik rəsmisi bildirir ki, yerli istehsal iyunun axırından yığılmağa başlanacaq: «Yanvarın 1-nə kimi Azərbaycanın 760 min ton taxıl qalığı qalıb, 250 min ton isə 3 ayda gətirilib. Azərbaycanda qıtlıq olmayacaq».


Aprelin 15-də Qazaxıstan hökuməti taxıl satışına qadağa qoyub. Qadağa sentyabrın 1-də ləğv olunacaq.


XS
SM
MD
LG