Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:17

«Tərəflər azca iradə göstərsələr, Qarabağ məsələsi həll olunar»


«Qarabağ məsələsinin uzanması Azərbaycanın da, Ermənistanın da maraqlarına zərbə vurur»

«Qarabağ məsələsinin uzanması Azərbaycanın da, Ermənistanın da maraqlarına zərbə vurur»

«Azərbaycanla Ermənistan azca iradə göstərsələr, Qarabağ məsələsi həll olunar». Bunu Amerikanın dövlət katibi Kondaliza Rays deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri bəzi məsələlərlə bağlı razılığa gəlmək üzrədirlər, indi tərəflərin çətin seçim etmək, münaqişəyə son qoymaq vaxtıdır.


Kondaliza Rays narahatlıqlarını hər iki tərəfə çatdırdığını, Qarabağ məsələsi həll olunmayınca Azərbaycanın da, Ermənistanın da regionun başqa ölkələrindən geri qalacağını deyib. Dövlət katibi bildirib ki, problem həll olunmalıdır.


Rays deyir ki, Qarabağ məsələsinin uzanması Azərbaycanın da, Ermənistanın da maraqlarına zərbə vurur.


Amerika Dövlət Departamenti yeni yaydığı məlumatda bir daha bildirib ki, Qarabağın müstəqilliyini tanımır, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və problemin danışıqlar yoluyla həllini istəyir.


Dövlət Departamenti Minsk qrupunun həmsədrlərinin əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG