Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:09

«Azərbaycanda qiymətlər daha 20 faiz bahalaşacaq»


Beynəlxalq Valyuta Fondu yaxın 5 ildə ölkədə qiymətlərin 20 faiz bahalaşacağını açıqlayıb
Beynəlxalq Valyuta Fondu yaxın 5 ildə ölkədə qiymətlərin 20 faiz bahalaşacağını açıqlayıb

«Yeni Müsavat» yazır ki, prezident İlham Əliyev 2008-ci ilin də ölkə iqtisadiyyatı üçün uğurla başladığını bildirsə də, Beynəlxalq Valyuta Fondu yaxın 5 ildə Azərbaycanda qiymətlərin 20 faiz bahalaşacağını açıqlayıb. Belə ki, bu il ölkədə inflyasiya 19 faiz, gələn il isə 20,5 faiz təşkil edəcək. Maliyyə qurumu gələn il iqtisadi inkişaf templərinin 2,6 faiz azalacağı halda, bahalaşma tempinin sürətlənəcəyini bildirir.


İqtisadçı ekspert Qubad İbadoğlunun bildirib ki, adambaşına düşən büdcə xərclərinə görə, Azərbaycanın bütövlükdə dünya miqyasında çox yüksək yer tutması barədə deyilənlər həqiqətə uyğun deyil: «Hesablamalarımıza əsasən, Azərbaycan adambaşına düşən büdcə xərclərinə görə həm Rusiyadan, həm Qazaxıstandan və Belarusdan geri qalır. Adambaşına düşən büdcə gəlirləri ilə xərclər arasında elə bir böyük fərq yoxdur. Əgər bizdə büdcə gəlirləri aşağıdırsa, bu halda necə ola bilər ki, büdcə xərclərinə görə Azərbaycan nəinki MDB, hətta dünya miqyasında yüksək yer tutsun? Bu gülünc iddiadır».


Q.İbadoğlu onu da deyib ki, gəlirlərin artımının orta göstəricisi ilə inflyasiyanın orta göstəricisini müqayisə etmək düzgün deyil.


«Ekspress» yazır ki, «Dazbaşlar» qanlı yubileyə hazırlaşır». Qəzet bildirir ki, «əgər əvvəllər «dazbaş»lar Rusiyadakı azərbaycanlı miqrantlara qarşı cinayətlərini mümkün qədər çox «tamaşaçı» qarşısında törədirdilərsə, indi radikallar sakit davranır və artıq döyməklə kifayətlənmir, qurbanlarını qətlə yetirirlər.


İlin əvvəlindən bəri Moskva və Sankt-Peterburqda azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı statistikaya nəzər salmaq yetər. Onların hamısı şəhər kənarlarında törədilir, bu zaman hücum edən maskalılar və ya üzlərini gizlətməyən «dazbaş»lar azərbaycanlını döyür, sonra bıçaqlayırlar. Cinayətkarlar əməllərini mümkün qədər az şahidin yanında törətməyə çalışır və istəklərinə çatan kimi hadisə yerini tərk edirlər».


Dövlət qəzetləri keçmiş prezident Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə Əliyevanın xatirə günü ilə bağlı məqalələr dərc ediblər. «Azərbaycan» qəzeti yazır ki, o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. «Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə çəkir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi».


XS
SM
MD
LG