Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:47

53 bələdiyyə rəhbəri cəzalandırıldı


Türkiyədə 53 bələdiyyə başqanına iki il yarımlıq həbs cəzası kəsilib. Onlar kürd yaraqlılarını dəstəklədiklərinə görə, cəzalandırılıblar. Amma sonradan həbs cəzaları 1400 dollarlıq cərimə ilə əvəzlənib.


Bələdiyyə başqanları kürdyönlü Demokratik Cəmiyyət Partiyasının fəallarıdır. Onların məhkəməsi iki il idi ki, gedirdi.


Bələdiyyə başqanları Danimarkanın Baş naziri Rasmussenə məktub yazaraq, orda yerləşən kürddilli «RojTV» kanalının bağlaması ilə bağlı Türkiyə hökumətinin müraciətinə mənfi cavab verməyi xahiş etməkdə təqsirləndirilirdilər.


«RojTV» Türkiyədə qadağan edilib. Ankarı hesab edir ki, kanal PKK-nın təbliğatı ilə məşğul olur.


Günün bütün mövzuları

XS
SM
MD
LG