Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:34

«Venesiya Komissiyasının təklifləri öyrənilir»


«VK seçki komissiyalarının tərkibinin dəyişdirilməsini prinsipial məsələ hesab etmir»

«VK seçki komissiyalarının tərkibinin dəyişdirilməsini prinsipial məsələ hesab etmir»

«Avropa Şurasının Venesiya Komissiyası (VK) Azərbaycan hökumətinə «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna və Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərini verib. Hazırda sənəd öyrənilir və yaxınlarda əlavə və dəyişikliklərlə birlikdə Milli Məclisə təqdim olunacaq».


Bu barədə «Azadlıq» radiosuna Venesiya Komissiyasının azərbaycanlı üzvü Lətif Hüseynov məlumat verib.


O, deyib ki, komissiyanın həm iradları var, həm də razılığı. Belə ki, dəyişikliklər bir sıra məhdudiyyətlərin aradan götürülməsi məqsədi daşıyır.


Seçki Məcəlləsi ilə bağlı təkliflərdə barmaqların mürəkkəblənməsi, müşahidəçilərə fərqlənmə nişanlarının verilməsi, seçki pozuntularının aşkarlanması üçün xüsusi faktaraşdırıcı qrupların yaradılması və digər dəyişikliklər nəzərdə tutulur.


Lətif Hüseynov: «Bundan başqa, seçki prosesinə müdaxiləyə görə, dövlət məmurları üçün birbaşa məsuliyyət müəyyən olunub. Mövcud variantda bu yox idi, indi təklif olunan variantda isə aydın və birmənalı şəkildə bu məsuliyyət göstərilir».


VK hesab edir ki, «exit-poll» həyata keçirəcək təşkilatların MSK-da qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Komissiya habelə bildirir ki, hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verməlidirlər. Halbuki, hökumət bunun xüsusi rejimli məntəqələrdə olmasını istəyirdi: «Azərbaycan tərəfi mövqeyini belə əsaslandırırdı ki, müharibə şəraiti olduğuna görə, xüsusən cəbhəyanı bölgələrdə hərbi qulluqçuların digər seçicilərlə birlikdə səsverməsini təşkil etmək qeyri-mümkündür».


Hüseynov onu da deyib ki, VK seçki komissiyalarının tərkibinin dəyişdirilməsini prinsipial məsələ hesab etmir. Komissiyaya görə, çox şey seçki qanunvericiliyinin necə tətbiq olunacağından asılıdır: «Hətta məndə olan məlumata görə, Azərbaycan hökuməti təklif edib ki, VK seçki komissiyalarının formalaşması ilə bağlı konkret təkliflər versin, amma hələ konkret təklif yoxdur».


«Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla bağlı təkliflər isə kütləvi yığıncaqların keçirilməsi zamanı qeyri-mütənasib məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur: «VK-nın yanaşması budur ki, həm mitinqin yeri, vaxtı və iştirakçıların sayı ilə bağlı məhdudiyyətlər aradan götürülsün».


Layihələr tezliklə Milli Məclisə təqdim ediləcək və mayın sonuna qədər qəbul olunmalıdır. L.Hüseynov deyib ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun qəbulundan sonra VK onun düzgün tətbiqi üçün polis və icra strukturları üçün treninqlər keçirəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG