Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:50

Naxçıvan Türkiyəyə borcunu qaytarır


Aprelin 12-dən başlayaraq Naxçıvan Muxtar Respublikasından Türkiyəyə elektrik enerjisi ötürülməyə başlanıb.


Bu enerji 1992-ci ildən 2007-ci ilədək olan borcun əvəzinə qaytarılır.


1992-ci ildən Bakı ilə Muxtar Respublika arasında quru əlaqənin kəsilməsi səbəbindən iki dövlət arasında aparılan danışıqlardan sonra Türkiyədən Naxçıvana elektrik enerjisi verilməyə başlandı. İndi Muxtar Respublika özünü daxili imkanlar hesabına enerji ilə təmin etdiyindən, borcu qaytarmaq qərarına gəlib.


İlk mərhələdə Muxtar Respublika modul elektrik stansiyasından Türkiyəyə ayda orta hesabla 10 milyon kilovat/saat elektrik enerjisi ötürülməsi nəzərdə tutulur.


Naxçıvan Energetika Agentliyindən verilən məlumata görə, gələcəkdə qonşu ölkənin enerji sisteminə ötürülən elektrik enerjisinin miqdarı artırıla da bilər. Hazırda Türkiyənin İqdır yarımstansiyasına ötürülən enerjinin gərginliyi 210-220 meqavatdır.


1992-ci ildən 2007-ci ilədək Türkiyədən Muxtar Respublikaya hər gün 45-50, bəzi hallarda isə 60-70 meqavat gücündə elektrik enerjisi verilib. Məlumata görə, alınan enerjinin hər kilovatı orta hesabla 3-5 sent qiymətləndirilir.


XS
SM
MD
LG