Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:30

«Çalışacağıq ki, böyük futbol ölkələrindən xal alaq»


Foqts müqavilənin məbləği haqda danışmaqdan imtina edib Foto: AFFA

Foqts müqavilənin məbləği haqda danışmaqdan imtina edib Foto: AFFA

«Biz çalışacağıq ki, Azərbaycan millisi böyük futbol ölkələrinin işini çətinləşdirə və onlardan xal ala bilsin».


Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Berti Foqts aprelin 14-də Bakıda keçirilən təqdimat mərasimində belə deyib. Onun sözlərinə görə, ayda azı bir dəfə yığma üzvləri ilə məşq keçirəcək. O, futbol klublarını birgə əməkdaşlığa çağırıb: «Azərbaycan futbolunun inkişafı üçün onlar da öz köməklərini əsirgəməməlidirlər».


Foqts bildirir ki, Almaniyadan köməkçi-məşqçi, həkim-terapevt və taktika üzrə məşqçilər gətirməyi planlaşdırır: «Bəzi məşqçilərlə danışmışam, amma indi konkret ad çəkə bilmərəm, kimlərin gələcəyini mayda açıqlayacağam. Həmçinin Azərbaycandan da köməkçi-məşqçi götürmək istəyirəm».


B.Foqts bildirir ki, o, millinin heyətinə yeni oyunçular da cəlb etməyə çalışacaq.


Berti Foqts Azərbaycan yığması ilə bağladığı müqavilənin məbləği haqda danışmaqdan imtina edib. AFFA prezidenti Rövnəq Abdullayev isə deyib ki, Foqtsla bağlanmış müqavilə onlar üçün baha deyil: «Çox normal və qanedicidir».


Almaniyalı məşqçi ilə Azərbaycan yığmasının müqavilə müddəti iki il üçün nəzərdə tutulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG