Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:32

Eynulla Fətullayev «kars»a salınıb


«O, «kars»a salınandan sonra «İnternasional»ı oxuduğu üçün ona töhmət verilib»

«O, «kars»a salınandan sonra «İnternasional»ı oxuduğu üçün ona töhmət verilib»

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində 10 gün müddətinə «kars»a salınıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəsmisi Mehman Sadıqov «Azadlıq» radiosuna bildirib. O, ayın 9-da baş verən bu olayı jurnalistin qaydaları pozması ilə izah edib.


Baş redaktorun vəkil İsaxan Aşurovun sözlərinə görə, ona verilən məlumatda E.Fətullayevin yeməklərin keyfiyyətindən narazılıq etdiyi üçün «kars»a salındığı bildirilib: «Bu, aclıqdan yeni imtina etmiş şəxsə qarşı sərt bir davranışdır. Hətta Eynulla Fətullayev «kars»a salınandan sonra «İnternasional»ı oxuduğu üçün ona yazılı şəkildə töhmət də verilib».


İ.Aşurovun sözlərinə görə, baş redaktor onunla görüşündə həbsxanadakı yeməklərin keyfiyyətindən narazılıq etdiyini bildirib: «Amma bu, məhbusun «karser»ə salınması üçün əsas ola bilməz».


Eynulla Fətullayev milli ədavəti qızışdırma, terrorla hədələmə və s.-də təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Jurnalist isə həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları hakimiyyətdən onun və həbsdə olan digər media işçilərinin azadlığa buraxılmasını tələb edir. Fətullayev barəsindəki məhkəmə hökmünün dəyişdirilməsi, həbsdə olan həmkarlarının azad edilməsi tələbi ilə martın 27-dən aclıq aksiyası keçirib. O, aksiyanı aprelin 8-də ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti ilə görüşdən sonra dayandırıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG