Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:06

Terrorçular olimpiyaçıları oğurlamağa hazırlaşırdılar?


Uyğurların özlərinin məlumatına görə, Çin polisi 450-dək adam saxlayıb
Uyğurların özlərinin məlumatına görə, Çin polisi 450-dək adam saxlayıb
Aprelin 10-da Çin hökuməti bəyan edib ki, Pekin Olimpiadasında terror aktları törətməyə hazırlaşan 45 adam həbs olunub.

İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına əsasən, terrorçular qadağan olunmuş Şərqi Türküstan İslam Hərəkatı adlı uyğur təşkilatının üzvləridir. Uyğurlar isə bildirirlər ki, bu ittihamlar onlara qarşı repressiyaları davam etdirmək üçün bir bəhanədir.


Nazirliyin mətbuat xidmətinin katibi Vu Xepin deyib ki, Çinin Sincan-Uyğur muxtar rayonunun şimal-qərbində uyğur fəallarının iki qrupu həbs edilib. Şərqi Türküstan İslam Hərəkatının üzvləri sonradan «dünya miqyasında terror aktı ilə Olimpiadanı pozmaq» üçün «zəhərlənmiş ət, zəhərli qazlar və partlayıcı maddələrdən istifadə etməklə» təlimlər keçiriblər.


Kaşqar şəhərində Mao Tszedunun Çində ən böyük heykəli ucaldılıb, 27 Mart 2005
Vu əlavə edib ki, həbs olunan şəxslər artıq əldəqayırma partlayıcı qurğuları bir neçə dəfə sınaqdan keçirməyə macal tapıblar. İttihama görə, qruplardan biri əsasən kamikadzelər hazırlayırmış. Hər iki qrupda partlayıcı maddələr ehtiyatı, pul və «Çin üsul-idarəsinə qarşı cihada» çağıran təbliğat vərəqələri aşkarlanıb.


Şərqi Türküstan İslam Hərəkatı BMT-nin terrorçu təşkilatlar siyahısına daxil edilib.


Tibetlilər kimi, uyğurlar da Çindən müstəqilliyə can atırlar. 1933-cü ildə uyğurlar artıq müstəqil Şərqi Türküstan İslam Respublikasının yaradıldığını bəyan ediblər. Bu qurum bir il yaşayıb. İkinci Şərqi Türküstan Respublikası 1943-cü ildə yaradılıb və 1949-cu ildə, Çin Xalq Respublikası yaradılandan sonra süqut edib.


Ümumdünya Uyğur Qurultayının iştirakçısı Dilşat Raşit İsveçrədən «Azadlıq» radiosuna deyib ki, Çin hakimiyyəti Olimpiadadan müsəlman azlığına qarşı repressiyaları artırmaq üçün istifadə edir.


Vətənini tərk edən, bir vaxtlar «uyğur dalay-laması» adlandırılan Rabiya Kadir isə Tibet hadisələrinin təkrarlanmasını gözləyir:


Olimpiya məşəli estafetinin İstanbul mərhələsi də insidentsiz ötüşməyib, 3 aprel 2008
«Çin diktatorları dinc Tibet nümayişlərindən qorxuya düşüb və onları qəddarcasına yatırıblar. İndi onlar Şərqi Türküstanda fövqəladə vəziyyət elan edib, oraya polis yollayırlar».


Uyğurlar şikayətlənirlər ki, xüsusilə muxtar rayonun məscidləri sərt nəzarət altındadır. «İndi orada telefonla danışmaq da təhlükəlidir – hər şey dinlənir» – deyə Dilşat Raşit bildirir.


Uyğurların özlərinin məlumatına görə, Çin polisi 450-dək adam saxlayıb. «Onlar evləri axtarır, xüsusilə gələnləri diqqətlə yoxlayırlar». Bunu telefonla Almaniyadan uyğur hüquq müdafiəçisi Tolkin İsa deyib.


Uyğur fəalları London, Paris və San-Fransiskoda Pekin Olimpiadasına qarşı etiraz aksiyalarında da iştirak ediblər. Onlar insan haqlarını pozan avtoritar ölkədə olimpiya oyunlarının keçirilməsinə etiraz edirlər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG