Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:18

ATƏT jurnalistlərə qarşı ittihamların saxtalaşdırıldığını deyir


«Hüquq-mühafizə orqanları bir neçə müstəqil jurnalistə qarşı ittihamları saxtalaşdırıb»

«Hüquq-mühafizə orqanları bir neçə müstəqil jurnalistə qarşı ittihamları saxtalaşdırıb»

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycanda jurnalistlərin təqibinin davam etməsi ilə bağlı aprelin 11-də bəyanatla çıxış edib.


Bakını tərk etmiş Haraştinin bəyanatında deyilir ki, «Azərbaycanın hüquq-mühafizə orqanları bir neçə müstəqil jurnalistə qarşı ittihamları saxtalaşdırıb. İstintaqın hakimiyyət üçün arzuolunmaz insanlara qarşı işləri belə münasibəti demokratiya üçün xüsusilə məyusedicidir».


Misal kimi o, həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Qənimət və Sakit Zahidov qardaşlarının işlərini göstərib. «Bu jurnalistlərin üçü də terror, vergidən yayınma, narkotik saxlanması və xuliqanlıq kimi saxta ittihamlara görə cəza çəkirlər. Ən son olaraq jurnalist Aqil Xəlilin işi bir daha hüquq-mühafizə qurumlarının tənqidçi jurnalistikaya qarşı mübarizədə qanunsuz iştirakı kimi təhlükəli meyl nümayiş etdirir», - deyə M.Haraşti qeyd edib.


«Jurnalistin döyülməsi və ona təcavüz faktlarını araşdırmaq əvəzinə prokurorluq ləkəyaxma kampaniyasına başlayıb», - deyə xüsusi nümayəndə qeyd edib.


«Mən bu əxlaqsız kampaniyanı biabırçı dərəcədə genişləndirən telekanalları həmkarlarından birinə qarşı təbliğat işində alət olmamağa çağırıram. Mən həmçinin hüquq-mühafizə orqanlarını qarayaxma kampaniyasını dayandırmağa və jurnalistə qarşı zorakılıqda təqsirli olanları məsuliyyətə cəlb etməyə çağırıram», - deyə M.Haraşti bəyanatında qeyd edir.


İki dəfə hücuma məruz qalan Aqil Xəlil də prokurorluqda dindirilmə zamanı ondan zorla ifadə alındığını, döyüldüyünü bildirir. Respublika Prokurorluğu bunu təkzib edir və jurnalistə homoseksualların xəsarət yetirdiyini iddia edir.(Turan)


Günün bütün mövzuları

XS
SM
MD
LG