Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:09

Millət vəkili və iki jurnalist hədələnir


Anonim zənglər kütləvi hal aldığı üçün MTN bu işlə məşğul olmağa çağırılır
Anonim zənglər kütləvi hal aldığı üçün MTN bu işlə məşğul olmağa çağırılır

«Azadlıq» qəzetinin döyülən əməkdaşı Aqil Xəlilin ictimai vəkili Cəmil Həsənli aprelin 10-u axşamdan anonim telefon zəngləri aldığını, mesajlarla hədələndiyini bildirib: «Dünəndən anonim telefon zəngləri başlayıb. Onlar adlarını yazmasalar da, telefon nömrələri yaddaşa düşüb. Gecə saat 22:58-də birinci zəng gəlməyə başladı. Mesajların ikisi də təhqiredici məzmunlu idi, müəyyən hədələyici notlar da var idi. Mən bunun davamını da gözləyirəm. İctimai vəkilliyi öz üzərimə götürəndə bunların hamısını ölçüb-biçmişəm».


«Zerkalo» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov və «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də eynilə anonim zənglər və mesajlar alıblar.


Cəmil Həsənli təəssüfləndiyini bildirib ki, hüquq-mühafizə orqanları baş verənləri araşdırmaq əvəzinə, istintaqı jurnalistə qarşı yönəltməyə başlayıblar. Aqil Xəlil zərər çəkəndən, ittiham olunana çevrilib. O, bildirib ki, hüquq-mühafizə orqanları öz nəzarətlərində olan müxtəlif çeşidli yüngül həyat tərzi keçirən insanlardan jurnalistlərə qarşı istifadə edir.


«Turan» agentliyinin rəhbəri Mehman Əliyev isə bildirib ki, Aqil Xəlillə baş verənlər iqtidarla jurnalist arasında gedən savaşdır.


Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev isə «Azadlıq» radiosuna bildirib ki, anonim mesaj və zənglər alanlar onlara rəsmi qaydada müraciət etsələr, məsələni araşdırarlar.


Aqil Xəlilin Hüquqlarını Müdafiə Komitəsi aprelin 9-da yaradılıb. Komitənin sədri millət vəkili Cəmil Həsənlidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG