Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:04

«Azərbaycanlı haker Türkiyə banklarını soydu»


Hakerin Azərbaycanda məmurlardan birinin yaxın qohumu olduğunu bildirilir

Hakerin Azərbaycanda məmurlardan birinin yaxın qohumu olduğunu bildirilir

Türkiyədə Nicat Kərimov adlı azərbaycanlı hüquqşünasın başçılıq etdiyi və internet vasitəsilə 2 minə yaxın bank hesabından 7 milyon lirə (5 milyon dollardan çox) pul oğurlayan cinayətkar şəbəkə ifşa edilib. Bu barədə qəzetlərin əksəriyyətində məqalə dərc olunub.


«Ekspress» yazır ki, Türkiyədəki bəzi qurumlar və şəxslər polisə şikayət edərək hesablarından pul çıxarıldığını bildirdikdən sonra polis təhqiqata başlayıb. Altı aylıq təhqiqatdan sonra «Karnaval» adı verilən əməliyyat keçirilib və N.Kərimov da daxil olmaqla, 67 nəfər saxlanılıb. İfadələri alındıqdan sonra onların 29-u buraxılıb. Şəbəkənin «beyin mərkəzi» «Neco» ləqəbli azərbaycanlı haker Nicat Kərimov, Cüneyd Tatlısoy, Şövqi İşınay və Fateh Şağbandan ibarət olub. Bu qrup müxtəlif internet saytlarına viruslu fayl və linklər göndərməklə müxtəlif şəxslərin kimlik (şəxsiyyət vəsiqəsi) və bank hesabları barədə məlumatlar əldə ediblər, sonra buna uyğun saxta sənəd, kimlik və kredit kartı hazırlayaraq bankomatlardan və banklardan pul çıxarıblar. N.Kərimov və Ş.İşınay pulun bir qismini bu ilin fevralında Braziliyanın Rio de-Janeyro şəhərində keçirilən ənənəvi karnavalda xərcləyiblər».


«Gün səhər» N.Kərimovun Azərbaycanda məmurlardan birinin yaxın qohumu olduğunu bildirilir.


«Yeni Müsavat» Müsavat partiyasının başqanı İsa Qəmbərə Amerikadan bir neçə dəvət gəldiyini yazır:


«İsa Qəmbər ABŞ Demokratlar Partiyasının qurultayına dəvət edilib. Onu da qeyd edək ki, ABŞ Respublikaçılar Partiyasının da qurultayı keçiriləcək və İsa Qəmbərin həmin tədbirə də dəvət olunacağı gözlənilir. Bəs Müsavat başqanı demokratların dəvətini qəbul edib ABŞ-a gedəcəkmi?


İsa Qəmbər bildirdi ki, ümumiyyətlə bu il yaya qədər ABŞ-a getməyi planlaşdırırmış: «Bir sıra dəvətlər də var. Hələlik səfərimin müddətini müəyyənləşdirməmişəm. Srağagün isə demokratların milli qurultayında iştirakla bağlı dəvət aldım. Bu qurultay avqust ayında, respublikaçıların qurultayı isə sentyabrda keçiriləcək».


«Azərbaycan» qəzeti elmdə islahatlarla bağlı prezident İlham Əliyevin sərəncam verdiyi barədə məlumat yayıb.


Sərəncamda qeyd olunur ki, «1980-ci illərin sonlarından etibarən yaranmış dərin iqtisadi və sosial böhran elmdə də özünü kəskin şəkildə büruzə vermişdir. Elmi əlaqələrin qırılması, müştərək tədqiqat planlarının pozulması, vahid maliyyə sisteminin dağılması və başqa amillər elmin gələcək inkişafı yolunda ciddi maneələr törətmişdir». Prezident islahatlar planının hazırlanması üçün komissiya yaradıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG