Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:43

İlin ilk üç ayı ərzində AİDS-ə yoluxmuş 12 nəfər vəfat edib


Bu ilin ilk üç ayı ərzində Azərbaycanda AİDS-ə yoluxmuş 12 nəfər vəfat edib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin hesabatında göstərilir ki, həmin dövrdə ölkədə 89 nəfərdə HİV-ə yoluxma faktı aşkar olunub.


Mərkəzin araşdırmasına görə, bu ilin ilk üç ayı ərzində HİV-ə yoluxmaların 26-sı inyeksion narkotik vasitədən istifadə, 12-si heteroseksual kontakt nəticəsində, 1-i anadan uşağa keçməklə baş verib. 49 nəfərin yoluxma yolu hələ müəyyənləşdirilməyib.


Azərbaycanda ötən illərlə müqayisədə HİV-ə yoluxmanını artdığını bildirən Mərkəzin hesabatında deyilir ki, 88 nəfərdən birinin 14 yaşı var. Ən çox virusa yoluxma 30-39 yaş arasında rast gəlinib, onların sayı 48 nəfərdi.


HİV-ə yoluxmuş 88 yerli vətəndaşdan 25-i Bakı şəhəri və Abşeron rayonunda, 60-ı isə ölkənin digər bölgələrində qeydiyyatdadır. Mərkəz həm də onu bildirir ki, 88 yerli vətəndaşdan 54-də viruslu hepatit C, 9-da viruslu hepatit B, 2-də isə sifilis aşkar olunub.


XS
SM
MD
LG