Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:17

«Aqil Xəlillə bağlı material Qaralovun sifarişi ilə efirə verilib»


«Jurnalistə qarşı aparılan biabırçı kampaniyanı dövlət mediasında seyr etdik»

«Jurnalistə qarşı aparılan biabırçı kampaniyanı dövlət mediasında seyr etdik»

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə qarşı aparılan kampaniya biabırçıdır və buna son qoyulmalıdır».

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti aprelin 9-da keçirdiyi mətbuat konfransında belə deyib:


Haraşti Azərbaycanın bəzi televiziyalarını Aqil Xəlillə bağlı materialı yayımladığına görə tənqid edib. O, deyib ki, media mənsubları nəinki bu yalançı materialı verməkdən çəkinməyib, hələ üstəlik jurnalistikanın tələb etdiyi kimi, qarşı tərəfin münasibətini bildirməsi üçün şərait də yaratmayıblar. O, televiziyaları bu cür hərəkətlərini dayandırmağa çağırıb. Əlavə edib ki, əslində Aqil Xəlillə bağlı efirə gedən propoqandanın əsas məqsədi jurnalistin bıçaqlanmasının üstünü örtmək, hadisəni unutdurmaqdır.


Haraşti bildirib ki, qanunun aliliyi olan bir ölkədə efirə bu cür məlumatların verilməsi etik normalara uyğun deyil. Bu, həm şəxsi toxunulmazlıq, həm də jurnalistikada etik davranış qaydalarının pozulması deməkdir:


«Faktları sifarişlə çatdırmaqdansa, onları yoxlayıb çatdırmağa üstünlük verilməliydi».


Mikloş Haraşti deyib ki, tənqidçi və yaxud korrupsiya mövzusunda araşdırma aparan jurnalistləri jurnalistikaya aid olmayan pozuntularla ittiham ediblər. Məsələn, Eynulla Fətullayev terrorla hədələmə və vergidən yayınma, Qənimət Zahid xuliqanlıq, Mirzə Sakit narkotik maddələrdən istifadə ittihamlarının, Aqil Xəlil isə propoqandanın qurbanı olublar.


Haraşti hüquq-mühafizə orqanlarını tənqidçi jurnalistlərə qarşı bu cür saxtakarlıqları dayandırmağa çağırıb.


O, deyib ki, jurnalistlərə qarşı saxta cinayət işi açan hüquq-mühafizə orqanlarının özlərinə qarşı iş açılmalıdır. Haraşti deyib ki, Baş prokuror Zakir Qaralov onunla görüşdə Aqil Xəlillə bağlı materialın onun sifarişi ilə efirə verildiyini bildirib. ATƏT rəsmisi Qaralovu bu məsələ ilə şəxsən məşğul olmağa çağırıb.


O, deyib ki, hüquq-mühafizə orqanlarının əslində rolu jurnalistləri zorakılıqdan qorumaqdır.


Haraşti prezidentə də müraciət edib, dövlət başçısını həbsdə olan jurnalistləri əfv xahişlərinin olub-olmamasından asılı olmayaraq, əfv etməyə çağırıb. Haraşti deyib ki, həbsdəki jurnalistlər layiq olmadıqları cəzanı çəkirlər.


ATƏT-in media azadlığı üzrə nümayəndəsi bildirib ki, artıq qanunvericilikdə dəyişiklik etməyin vaxtı çatıb, təhqir və böhtana görə məsuliyyət mülki xarakter daşımalıdır.


Haraşti deyib ki, onlar Azərbaycan hökuməti ilə yaxşı əməkdaşlıq münasibətləri əldə ediblər. O, inanır ki, hökumət hüquq-mühafizə orqanları tərəfindən jurnalistlərə qarşı bu cür işlərin hazırlanmasının qarşısını alacaq. Çünki bu, ölkənin imicinə ziyan vurur.


Haraşti deyib ki, «Gündəlik Azərbaycan» qəzeti bir müddət əvvəl qarşılaşdığı problemlərdən, o cümlədən baş redaktorunun həbsindən sonra fəaliyyətini dayandırdı. Hazırda «Azadlıq» qəzetinin də baş redaktoru və jurnalistlərindən biri həbsdədir, digər əməkdaşı isə döyülüb. Haraşti ümid etdiyini bildirib ki, «Azadlıq» qəzeti «Gündəlik Azərbaycan» qəzetinin taleyini yaşamayacaq.


ATƏT rəsmisi əlavə edib ki, onlar arzuolunmaz tendensiyanın dayandırılması çağırışlarını bundan sonra da davam etdirəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG