Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:04

Azərbaycan və ABŞ yüksək səviyyəli məsləhətləşməyə hazırlaşırlar


Conatan Henik
Conatan Henik

Azərbaycan və Amerika hərbi sahədə yüksək səviyyəli məsləhətləşməyə hazırlaşırlar.


Martın 14-17-də Bakıda keçiriləcək görüşdə Amerika tərəfindən Müdafiə katibinin Avropa və NATO siyasəti üzrə müavininin köməkçisi Daniel Fata iştirak edəcək.


Hazırda isə ABŞ hərbçilərindən ibarət işçi qrupu Azərbaycanda səfərdədir və onlar yüksək səviyyəli məsləhətləşmələrə hazırlıq görürlər.


ABŞ səfirliyinin nümayəndəsi Conatan Henik «Azadlıq» radiosuna deyib ki, işçi qrupunun danışıqlarında hərbi əməkdaşlığın növbəti il üçün tədbirlər planı müzakirə olunur. Plan gələn həftə keçiriləcək müzakirələrdə qəbul edilməlidir: «Təbii ki, bizim yeni proqramlarımız da var. Amma onlar indiki proqramların davamıdır».


Danışıqların gündəliyinə həm də Azərbaycanın müdafiə islahatlarının həyata keçirilməsində ABŞ-ın yardımları, NATO çərçivəsində Fərdi Tərəfdaşlıq Planının ikinci mərhələsinə dəstək və başqa məsələlər daxildir.


Ötən il Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq üzrə İş Planı imzalanıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG