Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:24

Mətbuat Şurası növbəti qurultayının vaxtını dəqiqləşdirib


Mətbuat Şurası növbəti qurultayının vaxtını dəqiqləşdirib. Bu qurultayda qurumun yeni sədri seçiləcək. Mətbuat Şurası İdarə Heyətinin üzvü Arif Əliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, qurumun aprelin 9-da keçirilən iclasında qurultayın bu ilin iyun ayında keçirilməsinə qərar verilib.


Şuranın nizamnaməsinə görə, bir şəxs iki dəfədən artıq sədr seçilə bilməz. Buna görə də indiki sədr Əflatun Amaşovun nizamnaməyə uyğun səlahiyyət müddəti ötən ilin mart ayından bitib.


Mətbuat Şurası 2003-cü ildə ölkədə fəaliyyət göstərən media orqanları tərəfindən təsis olunub. Əflatun Amaşov qurumun ilk sədridir.


Günün bütün mövzuları

XS
SM
MD
LG