Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54

Aqil Xəlilin müdafiəsiylə bağlı vəsait toplanacaq


Söz Azadlığını Müdafiə Komitəsi Aqil Xəlilin hüquqlarının pozulduğunu bildirir

Söz Azadlığını Müdafiə Komitəsi Aqil Xəlilin hüquqlarının pozulduğunu bildirir

Bu təşəbbüslə aprelin 9-da Söz Azadlığını Müdafiə Komitəsi çıxış edib. Komitə vəsaitin jurnalistin hüquqlarının qorunması, bununla bağlı müxtəlif tədbirlərin keçirilməsinə sərf olunacağını bəyan edib. Müraciət jurnalist təşkilatlarına ünvanlanıb.


Söz Azadlığını Müdafiə Komitəsi «Azadlıq» qəzetinin əməkdaşı A.Xəlilin hüquqlarının kobud pozulmasıyla bağlı sənəd də yayıb.


Sənəddə deyilir ki, fevralın 22-də jurnalistin «Zeytun bağları» adlanan ərazidə döyülməsini əks etdirən foto və video materiallar istintaqa təqdim edilməsinə baxmayaraq, heç bir tədbir görülməyib, martın 13-də isə jurnalisti naməlum şəxs bıçaqlayıb.
Komitə bildirir ki, istintaq zamanı jurnalistə təzyiq göstərilib.


«Aprelin 3-də Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Əli Quliyev və Elman adlı şəxs A.Xəlili Kürdəmir rayon prokurorluğuna çağırıb. Orada jurnalistin qolunu burub, telefonunu əlindən alıblar, döyüb, təhqir ediblər. A.Xəlil yalnız gecə saat 2-də evə buraxılıb. Aprelin 4-də isə jurnalisti zorla öz avtomobillərində Bakıya gətiriblər. Müstəntiq onu yenə hədələyib və təhqir edib. İki günlük dindirmə zamanı yalnız aprelin 4-də jurnalistin vəkili saat 14.39-da onun yanına buraxılıb. Aprelin 7-də isə jurnalisti təhqirlə dolu lent yazıları televiziya kanallarında yayılıb».


Söz Azadlığını Müdafiə Komitəsi bildirir ki, müstəntiqlər jurnalisti dindirərkən Avropa İnsan Haqları Konvensiyasının, Azərbaycan Konstitusiyası və Cinayət Məcəlləsinin bir sıra maddələrini pozublar.


Respublika Prokurorluğu iddia edir ki, jurnalist martın 13-də qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlanıb.


A.Xəlilin vəkili də istintaqı aparan müstəntiqin qanun pozuntularına yol verdiyini bildirir və onu məhkəməyə verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG