Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:58

Aqil Xəlil dörd televiziyanı məhkəməyə verib


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil xəstəxanada

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil xəstəxanada

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil AzTV, Lider, Space və ATV televiziyalarını məhkəməyə verib. Bu haqda «Azadlıq» radiosuna A.Xəlil özü məlumat verib.


Jurnalistin sözlərinə görə, sözügedən telekanallar onun şərəf və ləyaqətini alçaldıb, ona mənəvi-psixioloji təzyiq ediblər.


Aprelin 7-də həmin televiziyalar Respublika Prokurorluğunun A.Xəlilin döyülməsi ilə bağlı açıqladığı istintaq məlumatını yayıblar. Məlumatda jurnalistin martın 13-də qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlandığı deyilirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG