Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:45

«Məqsəd jurnalisti susdurmaqdır…»


Elza Vidal deyib ki, hökumətin belə bir addıma əl atması biabırçılıqdır

Elza Vidal deyib ki, hökumətin belə bir addıma əl atması biabırçılıqdır

«Sərhədsiz Reportyorlar» təşkilatı hesab edir ki, Azərbaycan hökuməti jurnalistə qarşı biabırçı metoda əl atıb. Təşkilatın Avropa və keçmiş sovet ölkələri üzrə nümayəndəsi Elza Vidal «Azadlıq» radiosuna belə deyib.


O, hesab edir ki, jurnalist Aqil Xəlil barədə videolentin yayımlanmasında məqsəd jurnalisti susdurmaqdır. Respublika Prokurorluğu jurnalistin homoseksuallarla əlaqəsi barədə videolent yayıb.


Elza Vidal deyib ki, hökumətin bir jurnalistin homoseksuallarla əlaqəsi barədə danışmaqla onu rüsvay etmək cəhdi, biabırçılıqdır: «Hökumətin bu metoddan istifadəsinə heç cür haqq qazandırmaq olmur. Jurnalistin homoseksual və ya qeyri-homoseksual olmasının onun peşəsinə dəxli yoxdur. Bu məsələni heç kim müzakirə edə bilməz. Biz bilirik ki, bu jurnalist hədələnib, şantaj olunub».


«Sərhədsiz Reportyorlar» bəyan edir ki, hökumətin bütün bu metodlardan istifadə etməsi göstərir ki, Aqil Xəlil həqiqətən də hökumət üçün təhlükədir. Eliza Vidal deyir ki, bu metoddan istifadə etmək sadəcə eyibdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG