Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:57

Aqil Xəlilin vəkili müstəntiqi məhkəməyə verdi


Vəkil müstəntiqin cəzalandırılması ilə yanaşı, kompensasiya ödəməsini də tələb edir
Vəkil müstəntiqin cəzalandırılması ilə yanaşı, kompensasiya ödəməsini də tələb edir

Jurnalist Aqil Xəlilin vəkili Elçin Sadıqov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevi aprelin 8-də məhkəməyə verib. Məlumat Media Hüquqları İnstitutu yayıb. Vəkil hüquqlarının, azadlıq və toxunulmazlıq, habelə ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edir.


Vəkilin müraciətində göstərir ki, ona şahidlərə və jurnalistin döyülməsində şübhəli qismində dəvət olunan şəxsə suallar verməyə imkan yaradılmayıb.


12 saat prokurorluqda saxlanılmasını qanunsuz, əsassız və həbsə bərabər hesab edən E.Sadıqov iddia edir ki, müstəntiq Ə.Quliyev ona münasibətdə Konstitusiyanı, İnsan hüquqlarına dair Avropa Konvensiyasının müxtəlif maddələrini ciddi şəkildə pozub.


Şikayət ərizəsi Nəsimi rayon Məhkəməsinə təqdim olunub. Vəkil müstəntiqin cəzalandırılması ilə yanaşı, kompensasiya ödəməsini də tələb edir.


İki dəfə hücuma məruz qalan Aqil Xəlil də prokurorluqda dindirilmə zamanı ondan zorla ifadə alındığını, döyüldüyünü bildirir.


Respublika Prokurorluğu mətbuata verdiyi açıqlamada jurnalistin dediklərini təkzib edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG