Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:50

Aclıq aksiyası dayandırıldı


E.Fətullayev aclıq aksiyasına martın 26-dan başlamışdı
E.Fətullayev aclıq aksiyasına martın 26-dan başlamışdı

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsiçi və baş redaktoru Eynulla Fətullayev aprelin 7-də cəzaçəkmə yerində ATƏT-in məbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti ilə görüşəndən sonra aclıq aksiyasını dayandırıb. Bu haqda onun vəkili İsaxan Aşurov məlumat verib. Xəbəri Penitensiar Xidmət İdarəsindən də təsdiq ediblər.


Fətullayevin aclığı dayandırmasından sonra aprelin 7-də həmçinin ona dəstək verən jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri də aclığı dayandırıblar. Bu haqda «Azadlıq» radiosuna aksiyanın təşkilatçılarından biri «Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu məlumat verib: «Eynulla Fətullayev aclığı dayandırandan sonra biz də aksiyanı dayandırdıq. Məqsədimizə qismən nail olduq. O baxımdan ki, yerli və beynəlxalq ictimaiyyətin diqqətini kifayət qədər aksiyaya cəlb edə bildik».



«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru E.Fətullayev aclıq aksiyasına martın 26-dan başlamışdı. O, həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını, özünün işinə yenidən baxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.


Martın 27-dən onun tələblərini dəstəkləmək məqsədilə «Yeni Müsavat» qəzetinin redaksiyasında bir qrup jurnalist və ictimaiyyət fəalları aclıq aksiyasına başlayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG