Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:51

«İstəyirəm ki, oğlum aclığı dayandırsın»


Eynulla Fətullayev artıq 13-cü gündür aclıq edir
Eynulla Fətullayev artıq 13-cü gündür aclıq edir

Ailəsi həbsdə aclıq edən Eynulla Fətullayevdən aksiyanı dərhal dayandırmağı xahiş edir.


Jurnalistin atası Emin Fətullayev «Azadlıq» radiosuna bildirib ki, oğlunun səhhəti getdikcə ağırlaşır.


«Bir valideyn kimi çox narahatıq. O, artıq 13-cü gündür aclıq edir. Ata kimi mən istəyirəm ki o, bu gün aclığı saxlasın. Sabaha qalmasın. Digər tərəfdən, ona dəstək verən jurnalistlər var. Mən onların da valideynlərini başa düşürəm və istəyirəm ki onlar da dayansınlar».


Aprelin 7-də Emin Fətullayev Bakıda səfərdə olan ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə görüşüb. Jurnalistin ailəsi xahiş edir ki, ATƏT nümayəndəsi gün ərzində Fətullayevin saxlanıldığı həbsxanaya baş çəksin və onun aclığı dayandırması üçün təkid etsin.


Martın 27-dən əvəzləmələrlə keçirilən aksiya «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədi daşıyır. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E.Fətullayev martın 26-dan aclıq edir. O, həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını, özünün işinə yenidən baxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG