Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:00

«Tələblərimiz yerinə yetirilənə kimi aksiyanı davam etdirəcəyik»


Hazırda aclıq aksiyanın 13-cü günündə 12 nəfər iştirak edir

Hazırda aclıq aksiyanın 13-cü günündə 12 nəfər iştirak edir

«Eynulla Fətullayevin səhhəti imkan verməsə və aclığı dayandırmalı olsa belə biz tələblərimiz yerinə yetirilənə kimi aksiyanı davam etdirəcəyik». Bunu «Azadlıq» radiosuna aclıq edən jurnalistlərdən biri Çingiz Sultansoy deyib.


Aprelin 7-də keçmiş siyasi məhbus Canmirzə Mirzəyev və daha iki jurnalist Səlim Əzizoğlu və Nemət Hüseynli aclıq aksiyasına qoşulublar. İndi aksiyanın 13-cü günündə 12 nəfər iştirak edir. Onlardan 8-i artıq bir neçə gündür aksiyada iştirak edir, 4 nəfər vətəndaş cəmiyyətinin təmsilçiləri isə onlara dəstək üçün bir günlük aksiyaya qoşulublar. Aksiya iştirakçılarından olan Üzeyir Cəfərli deyir ki, öz məqsədlərinə çatana qədər aclığı davam etdirəcəklər.


Prezident Aparatının şöbə müdiri Əli Həsənovsa deyib ki, sağlamlığı təhlükədə qoymaqla hansısa məqsədə çatmaq düzgün deyil. Ona görə də jurnalistlərin aclıq aksiyası keçirməsinin heç bir əsası yoxdur.


Martın 27-dən əvəzləmələrlə keçirilən aksiya «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədi daşıyır. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E.Fətullayev martın 26-dan aclıq edir. O, həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını, özünün işinə yenidən baxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG