Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

«Məni istintaqda döydülər…»


Aqil Xəlil həyatına təhlükə olduğunu bildirir

Aqil Xəlil həyatına təhlükə olduğunu bildirir

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil deyir ki, istintaq zamanı onu döyüblər. Jurnalist həmçinin həyatına təhlükə olduğunu da bildirib. O, «Azadlıq» radiosuna deyib ki, istintaqdan narazıdır. Onu istintaqda şantaj edirlər. «Bildirilər ki, məni bıçaqlayanın ya dostlarımdan biri olduğun deyim, ya da öz-özümə xətər yetirdiyimi boynuna alım». Prokurorluq təmsilçiləri deyiblər ki, əks halda onun homoseksuallarla əlaqəsi haqda videokasset yayacaqlar.


Aqil Xəlilin vəkili Elçin Sadıqov deyir ki, müdafiə etdiyi şəxs aprelin 7-də istintaqla bağlı baş prokurora müraciət edəcək: «Ondan zorla homoseksualları tanıması haqda ifadə alınıb. Bu haqda o, bu gün baş prokurora müraciət edəcək».


İstintaqı aparan Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev isə jurnalistin söylədiklərinin iftira və yalan adlandırıb:


«Onun dediklərini əsası yoxdur. Obyektiv istintaq gedir. Yaxşı olar ki, Aqil Xəlil düzgün ifadə versin, istintaqı yanlış istiqamətə yönəltməsin. Onun döyülməsi haqda deyilənlər də absurddur. Onu niyə döyməlidirlər?»


Vüqar Əliyev həmçinin istintaqın jurnalisti şantaj etməsini - onun homoseksuallarla əlaqəsi olması haqda deyilənlərə də münasibət bildirib. O, deyib ki, bu məsələni birinci Aqil Xəlil mətbuata açıqlayıb və qanunu pozub, ikincisi də prokurorluq yaxınlarda bu haqda müvafiq məlumat yayacaq.


Aprelin 6-da Aqil Xəlil ATƏT-in mətbuat üzrə nümayəndəsi Mikloş Haraşti ilə görüşüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG