Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:44

Prezidentlər son görüşlərində də razılığa gələ bilmədilər


Putin və Buş prezident qismində son görüşlərini keçirdilər

Putin və Buş prezident qismində son görüşlərini keçirdilər

Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Corc Buş aprelin 6-da Soçidə prezident qismində keçirdikləri son görüşdə ikitərəfli münasibətlərin gələcək strateqiyası haqqında bəyənnamə qəbul ediblər.


Sənəddə deyilir ki, Rusiya ABŞ-ın Şərqi Avropda raket əleyhinə müdafiə sistemi quraşdırmasına razı deyil. Lakin bu məsələ ilə bağlı Moskva Vaşinqtonla aktiv dialoq aparmaq niyyətindədir.


V.Putinin sözlərinə görə, bəyannamə sözügedən məsələnin həllinin bitməsi deyil.


Rusiyanın növbəti prezidenti Dmitri Medvedev isə C.Buşla görüşündə deyib ki, Vladimir Putin iki ölkə münasibətlərinin inkişafında kifayət qədər iş görüb. Medvedev bu istiqamətdə münasibətləri davam etdirməyə hazır olduğunu bildirib.


ABŞ prezidenti Corc Buş isə deyib ki, ümumi problemlərin həllində Rusiyanın növbəti prezidenti ilə əməkdaşlığın başlanmasını səbirsizliklə gözləyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG