Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:35

Yaşayış binasında güclü yanğın olub


hadisənin qarşısını vaxtında almaq mümkün olmayıb

hadisənin qarşısını vaxtında almaq mümkün olmayıb

Aprelin 5-də Bakının 28 May küçəsi, 3 ünvanında yerləşən yaşayış binasında güclü yanğın olub. Üçmərtəbəli evin 3-cü mərtəbəsində başlayan yanğın nəticəsində bir neçə mənzil tamam yanıb, alov bütün mərtəbəni bürüyüb.


Dövlət Yanğından Mühafizə Xidmətindən Əkbər Novruzov jurnalistlərə bildirib ki, binanın damına çıxış olmadığından, yanğınsöndürənlər çətin vəziyyətlə üzləşiblər, hadisənin qarşısını vaxtında almaq mümkün olmayıb: «Bununla belə, əməkdaşlarımız yanğını söndürməyə müvəffəq olublar».


Ə. Novruzov yanğının baş vermə səbəblərinin hələlik məlum olmadığını deyib. O, 152 kv/m sahənin tamam yandığını, hadisə nəticəsində xəsarət alanlarınsa olmadığını bildirib. / APA Fotolar: « Azadlıq » radiosu /








Günün bütün mövzuları

XS
SM
MD
LG