Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:13

«Azərbaycanın gedəsi yeri yoxdur»


«Gedib Rusiyaya qoşulacağıq? Ya Ərəb Əmirliklərinə?»

«Gedib Rusiyaya qoşulacağıq? Ya Ərəb Əmirliklərinə?»

Son dövrlər Azərbaycanda Qərb təşkilatları demək olar bütün tərəflərdən tənqid edilir. Hakimiyyət rəsmiləri iddia edirlər ki, Qərb qurumları öz hesabatlarında Azərbaycandakı müsbət inkişafı görmür, ölkə daha çox qərəzli şəkildə tənqid edilir. Bu proses xüsusilə də ötən ay BMT Parlament Asambleyasında «Azərbaycanın işğal edilən ərazilərində vəziyyətə dair» adlı qətnamənin qəbulundan sonra özünü daha qabarıq göstərməyə başladı. Həmin qətnaməyə ATƏT-in Minsik Qrupunun həmsədr ölkələrindən heç biri səs verməmişdi. «Ana Vətən» Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyir ki, Qərb təşkilatları həm Qarabağ münaqişəsi, həm də Azərbaycanda gedən islahatlarla bağlı davranışlarında ikili standartlara yol verirlər: «Görünür, onlar Azərbaycanda maraqlarını tam təmin edə bilməyiblər. Ona görə də daim Azərbaycana təzyiq edib onu öz nəzarətlərində saxlamağa çalışırlar».


Qərb qurumlarına tənqidi münasibət müxalifət düşərgəsində çoxdan az qala dəb halını alıb. Müxalifət isə əksinə Qərb təşkilatlarını Azərbaycan hakimiyyəti ilə yumşaq davranışa görə tənqid edir. Üç müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun həmsədrlərindən Əli Əliyev deyir ki, Qərb Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycanda demokratik proseslərə lazımı dəstək vermir: «Mən bunu Azərbaycanın regional əhəmiyyəti, iqtisadi imkanları ilə izah edirəm. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malikdir. Bu üzdən Azərbaycana lazımı dəstək verilmir».


Politoloq Rasim Musabəyovun isə hər iki yanaşmanın özünə tənqidi münasibəti var. O, deyir ki, əgər hakimiyyət həqiqətən Azərbaycanın inkişafında maraqlıdırsa, Qərb təşkilatlarının tənqid və tövsiyələrindən darılmamalıdır. Onun sözlərinə görə, müxalifətin də Qərbdən inciklik nümayiş etdirməsi ölkədə demokratiyanın inkişafına xidmət etməyəcək.


İndi müşahidəçiləri bir sual da düşündürür. Bütünlükdə cəmiyyətdə anti-Qərb meylinin inkişafının nə kimi nəticələri ola bilər? Bəzi ekspertlər hesab edirlər ki, bütün bunlar Azərbaycanda kəskin dini qüvvələrin güclənməsinə, bütünlükdə ölkənin daha çox Şərqə meyl etməsinə gətirib çıxara bilər. Ancaq Rasim Musabəyov ölkənin inkişaf istiqamətində yaxın zamanlarda ciddi dəyişikliklərə yol veriləcəyinə o qədər də inanmır: «Bir çox hallarda bu inamsızlıq sözdədir. Əslində, Azərbaycanın gedəsi yeri yoxdur. Gedib Rusiyaya qoşulacağıq? Ya Ərəb Əmirliklərinə?»


Hər halda indi Qərb təşkilatlarının Azərbaycandakı fəliyyəti ən müxtəlif mövqelərdən dəyərləndirilməkdədir. Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams isə anti-Qərb fikirlərinin yayılmasının səsəbləri barədə suallara birbaşa cavab vermir. O, deyir ki, əslində, onların məqsədi Azərbaycana inkişaf istiqamətində təkan verməkdir. Bəzən onlar bundan ötrü tənqiddən, bəzən də tərifdən istifadə etməli olurlar. Alan Vaddams deyir ki, Avropa Birliyi inkişaf etmiş demokratik ölkələrin birliyidir. Azərbaycan Avropa Birliyinə nə vaxtsa üzv olmaq istəyirsə, açıq, şəffaf inkişaf yolu tutmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG