Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:41

«Jurnalistlərin fəaliyyəti üçün mühit olduqca mürəkkəbləşib»


«İnsanlar informasiya almaq və cəmiyyətdə fəal rol oynamaq imkanına malik olmalıdırlar»

«İnsanlar informasiya almaq və cəmiyyətdə fəal rol oynamaq imkanına malik olmalıdırlar»

Jurnalistlərin fəaliyyət göstərməsi üçün yaranmış mühit son bir neçə ildə olduqca mürəkkəbləşib. ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders jurnalistlərin həbsdə olan həmkarlarının azad edilməsi tələbilə keçirdikləri aclıq aksiyasını şərh edərkən belə deyib.


Səfir bildirir ki, Amerika Azərbaycanda azad və ədalətli şəkildə fəaliyyət göstərən medianın fəaliyyətini dəstəkləyir.


«Azad və etik normalara əməl edən media demokratiyanın inkişafının göstəricisidir».


Səfir deyir ki, media müstəqil məhkəmə və qanunverici hakimiyyətlə birgə cəmiyyətdə hadisələrə münasibətdə balans yaradan amildir. «Hökumət şərait yaratmalıdır, media isə gücü və səlahiyyətini vətəndaşların marağına sərf etməlidir».


Səfir vurğulayır ki, «insanlar informasiya almaq və cəmiyyətdə fəal rol oynamaq imkanına malik olmalıdırlar».


Jurnalistlər artıq 10 gündür ki, aclıq edirlər. Onlar həbsxanadakı həmkarları Eynulla Fətullayevə dəstək vermək üçün bu vasitəyə əl atıblar.


Fətullayev martın 26-dan aclıq edir. O, həmkarlarının azadlığa buraxılmasını, özünün məhkəmə işinə yenidən baxılmasını və Avropa Şurası, həmçinin, ATƏT Avropa Şurası və ATƏT-in konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG