Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:14

Avropa Birliyi nümayəndələri aclıq aksiyasına baş çəkib


Diplomatlar bu aksiya barədə Avropa Birliyinə məlumat verəcəklərini deyiblər

Diplomatlar bu aksiya barədə Avropa Birliyinə məlumat verəcəklərini deyiblər

Beş Avropa Birliyi ölkəsinin Azərbaycandakı səfirliklərinin təmsilçiləri aclıq aksiyası keçirən jurnalistlər və ictimaiyyət fəallarına baş çəkiblər.


Onlar bildiriblər ki, Azərbaycan jurnalistlərinin hüquqlarının qorumaq üçün aclıq aksiyasına başlaması narahatlıq doğurur. Diplomatlar bu aksiya barədə Avropa Birliyinə məlumat verəcəklərini deyiblər.


Aksiya iştirakçıları ilə görüşən diplomatlar Fransa səfirliyindən Flip Viber, Almaniyadan Robetr Zessner, İtaliya təmsilçisi Andrea Putaturo, Britaniya konsulu Deklon Vörn və Yunanıstandan Nikolos Nasstos olub.


Jurnalistlər artıq 10 gündür ki, aclıq edirlər. Onlar həbsxanadakı həmkarları Eynulla Fətullayevə dəstək vermək üçün bu vasitəyə əl atıblar.


Fətullayev martın 26-dan aclıq edir. O, həmkarlarının azadlığa buraxılmasını, özünün məhkəmə işinə yenidən baxılmasını və Avropa Şurası, həmçinin, ATƏT Avropa Şurası və ATƏT-in konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG