Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:39

Həmsədrlər daha bir bəyanat verdilər


Həmsədrlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıblar
Həmsədrlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıblar. Onların aprelin 3-də yaydığı növbəti bəyanatda deyilir ki, münaqişənin sülh yoluyla həlli üçün Dağlıq Qarabağın yekun statusuna dair siyasi kompromisə getmək lazım gələcək.


Sənəddə daha sonra deyilir ki, hər iki ölkənin dövlət başçıları və həmsədrlər mövcud əsaslar üzərində danışıqları davam etdirmək, hazırda müzakirə edilən təklifi daha da dəqiqləşdirmək və sülh prosesinin irəliyə aparılması üçün əlavə addımlar atmaq barədə razılığa gəliblər.


Vasitəçilər bunun üçün iki tərəf arasında ən yüksək səviyyədə görüşün mümkün qədər tez keçirilməsini əhəmiyyətini vurğulayıblar.


NATO-nun aprelin 2-4-də Buxarestdə keçirilən sammiti zamanı həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik, Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistanın yeni prezidenti Serj Sarkisyanla ayrı-ayrılıqda görüşüblər. Görüşlərdə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri də iştirak ediblər.


Həmsədrlərin bəyanatında deyilir ki, görüşdə dövlət başçıları və həmsədrlər tərəflər arasındakı fikir ayrılıqlarını azaltmağın və münaqişənin sülh yoluyla həllinə dair əsas prinsiplər barəsində razılığa gəlməyin yolları haqda fikir mübadiləsi ediblər.


Prezidentin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə «AzərTAc»a deyib ki, görüşdə İlham Əliyev həmsədr ölkələrin BMT-də Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin əleyhinə səs vermələrinə aydınlıq gətirilməsini istəyib.


Həmsədr ölkələr martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında sözügedən qətnamənin əleyhinə səs veriblər.


Sonradan həmsədrlər belə addım atmalarının səbəblərini açıqlayıblar: «BMT Baş Assambleyası tərəfindən qəbul olunan qətnamə layihəsi yalnız bir tərəfin maraqlarından çıxış edir və həmsədrlərin balanslaşdırılmış ərazi bütövlüyü təklifini nəzərə almır. Həmsədr ölkələr bu qətnamə layihəsini qənaətbəxş saymadığına və ayrı-seçkilik kimi qiymətləndirdiyinə görə sənədin əleyhinə çıxıblar».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG